Ermənistan əsgərləri Şınıxda 15 yaşlı məktəbli qızı yaraladı
Bizi izləyin

Qırmızı.az

Ermənistan əsgərləri Şınıxda 15 yaşlı məktəbli qızı yaraladı

Ermənistan ordusu təmas xəttinin digər istiqamətləri ilə yanaşı Gədəbəy istiqamətində də ordumuzun mövqelərini və yaşayış məntəqələrini aramsız olaraq atəşə tutmaqdadır.

Virtualaz.org saytının xəbərinə görə, bu gün günorta saatlarında Gədəbəyin Ermənistanla həmsərhəd Şınıx bölgəsinin Göyəlli kənd sakini, IX sinif şagirdi Tağıyeva Şəlalə həyətlərində oynayarkən düşmən gülləsinə tuş gəlib.

Ş.Tağıyevanın valideynlərinin virtualaz.org saytına verdiyi məlumata görə, erməni gülləsi qızın ayağından dəyib. Yaralı Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada ona tibbi yardım edilib. Hazırda yaralı xəstəxanadadır.

Ş.Tağıyevanın ailəsi Göyəlli kəndinin ən ucqarında, Ermənistan ordusunun “Sümüklü” dağındakı mövqelərindən görünən ərazidə yaşayır. Kənd sakinlərinin bildirdiyinə görə, ermənilər neçə gündür ki, kəndin yuxarı hissələrini, habelə otlaq sahələrini və kənd təsərrüfatı işləri ilə məşğul olan sakinləri müntəzəm olaraq atəşə tutur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm