Yaralı Şəlalənin vəziyyəti normaldır
Bizi izləyin

Qırmızı.az

Yaralı Şəlalənin vəziyyəti normaldır

Ayağından güllə yarası alan15 yaşlı Şəlalə Tağıyevanın vəziyyəti normaldır.

Bu barədə Publika.az- a Şəlalənin atası Mais Tağıyev məlumat verib.

Hazırda yaralı xəstəxanada müalicə alır.

Xatırladaq ki, bu gün günorta saatlarında Gədəbəyin Ermənistanla həmsərhəd Şınıx bölgəsinin Göyəlli kənd sakini, IX sinif şagirdi Tağıyeva Şəlalə həyətlərində oynayarkən düşmən gülləsinə tuş gəlib.

Ümumilikdə gün ərzində düşmən Ləzgi dağındakı mövqedən cəmi iki dəfə avtomatla atəşkəsi pozub.

Ha-hazırda 1500 əhalisi olan Şınıxın Göyəlli kəndi sakit həyatını davam etdirir.

Əziz Əlibəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm