Qırmızı.az
Sərxoş ata 3 uşağının yaşadığı evi yandırdı
Bakının Səbail rayonu Arif İsmayılov küçəsində yanğın
hadisəsi baş verib. Hadisə zamanı üç uşaq atası 48 yaşlı Sədi
Rəhimov evdə tək olarkən yaşadığı mənzili qəsdən yandıraraq oradan
uzaqlaşıb.
Alovu görən qonşular dərhal Fövqaladə Hallar Nazirliyinə xəbər
verib. Əraziyə cəlb olunan yanğın söndürmə briqadası qısa vaxt
ərzində ümumi sahəsi 120 kvadrat metr olan evdə alovun qarşısını
alıb. Ətraf tikililər də yanğından mühafizə olunub.
Evinin yanmasından xəbər tutan Sədinin həyat yoldaşı Adilə Rəhimova
əraziyə gəlib və ərinin içki aludəçisi olduğunu deyib.
Daha sonra isə hadisə yerinə gələn Sədi Rəhimovun anası ilə Adilə
Rəhimova arasında mübahisə də düşüb.
Faktla bağlı Səbail rayon polis idarəsi və Fövqəladə Hallar
Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır. Yanğının
qəsdən və ya ehtiyatsızlıq səbəbindən baş verməsi isə bu
araşdırmalardan sonra məlum olacaq.
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır