• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Evlənmədən öncə bu tövsiyələri mütləq oxuyun

Evlənmədən öncə bu tövsiyələri mütləq oxuyun

Bir var evləniləcək kişi, bir də var əyləniləcək kişi. Bəs siz hansını seçərdiz?

Sevdiyiniz kişi ilə münasibətiniz yolunda gedir, ancaq bu, onun evlənəcək bir kişi olduğu anlamına gəlməz. Evlənmədən əvvəl yaxşıca araşdırın, tövsiyələrə əməl edin, daha sonra evlilik qərarınızı verin.

Gülməyən birinə qətiyyən güvənməyin

İçindən gülmək gəlincə ‟cool‟ görünmək üçün özünü saxlayan, qəhqəhə atmayan bir kişi qətiyyən özü kimi olmayan bir kişidir. Həmişə başqası kimi yaşayan, saxta birinə ömürboyu necə güvənmək olar, sizcə? Buna görə ilk əvvəl niyə soyuq və robot kimi olduğunu soruşun. Əgər olduğundan fərqli görünməyə çalışan biridirsə, ondan uzaq durun.

Gedən qatarın arxasından qaçmayın

Siz stansiyada gözləyən bir yolçu, kişilər isə stansiyadan keçən qatar kimidir. Qatarı ötürdünüzsə, qətiyyən arxasınca qaçmayın, bu, sizə zərər verər. Hər halda o stansiyaya yenə başqa qatarlar gələcək. Gedənin arxasınca qaçmaq və ona görə üzülmək yerinə, həyatın qarşınıza çıxardığı yeni fürsətlərini dəyərləndirin. Gedən artıq getmişdir, gələcək olan haqda düşünün..

Münasibətə hazır deyilsə, ciddiyə alın

Qarşınıza çıxan kişiylə aranızda sevgi qığılcımı yaranmış ola bilər. Sizə "ciddi bir münasibətə hazır deyiləm‟ deyirsə, bunu ciddiyə alın. Hazır deyilsə, onu rahat buraxın, yoxsa üzülən siz olarsız. Münasibətə hazır olmayan bir kişiylə yaşanan sevgi də, evlilik də sonda bir cəzaya dönüşür.

Çətin kişi tiplərindən uzaq durun

Qısqanc, işini sevən, bağlanmaqdan qorxan, şorgöz kişilərdən uzaq durun.

Özünüzə hörmət edin

Qadınların etdiyi ən böyük səhv. Qarşısına bir kişi çıxar. Onu sevər, gözündə yüksəldər, yerə-göyə sığdıra bilməz. Hər şeyi imiş kimi ona böyük dəyər verər. Onunla yaşayar, onunla keçirdiyi zamanlarda xoşbəxt olar. Bax, bu, qadınların ən böyük səhvidir. Ondan asılı olmayan bir həyat yaşayın. O, olmadığı zaman əlinizidə bir "sıfır" qalmasın. Gəzin, əylənin, dostlarınızla görüşün, kitab oxuyun, "ancaq və ancaq o" deməyin.

Hobbiləri olan kişiləri seçin

Həyatı sadəcə işindən ibarət olan kişilər sıxıcı olurlar. Hobbiləri olan bir kişi isə həyatınıza rəng qatar. Evlənərkən özü olmağı sevən, hobbiləri olan bir kişi seçin.

Ruhunuzun əkizini axtarmayın

Sizinlə eyni zövq və dünyagörüşünə sahib biri ilə həyat yaşamaq düşündüyünüz qədər əyləncəli olmaya bilər. Əsas olan fərqli düşüncələrinizin sonunda bir-birini tamamlamasıdır. Birini ilk görərkən "Mənə bənzəmir, tipim deyil", - deyib üstündən xətt çəkməyin. Bir az tanımağa çalışın. Bəlkə onunla birlikdə olmaqdan zövq aldız və ondan öyrənəcəyiniz çox şey oldu.

Heç dostu olmayan bir adamla evlənməyin

Bu, onun sosiallaşma problemi olduğuna işarədir. Zamanla sizin də dostlarınızdan sıxılaraq sizi onlardan uzaqlaşdırmaq istəyəcək. Evlənəcək iki şəxs ilk əvvəldən yaxın dost olmalıdır. O da bunu bacarmırsa, uzaqlaşın. /ailem.az/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR