Rusiyaya səyahət edərkən mobil telefonunuzu evdə unutmayın!
Bizi izləyin

Qırmızı.az

Rusiyaya səyahət edərkən mobil telefonunuzu evdə unutmayın!

Dünya İqtisadi Forumu-2011 hesabatına görə Rusiya turizm sektorunda rəqbət qabiliyyətliyinə görə 139 ölkə içərisində 59 -cu yeri tutur. Bu ölkənin ən çox ziyarət olunan şəhərlərinin siyahısına Moskva, Sankt Peterburq və Soçi şəhərləri başçılıq edir. Azərbaycan da daxil olmaqla bütün post- sovet məkanında isə Rusiyanın ən sevilən turistik istiqamətlərindən biri isə, əlbətdə ki, müalicəvi kurortları ilə məşhur olan Şimalı Qafqazdır.

Şimali Qafqaz Rusiyanın ən zəngin, rəngarəng yerlərindən biridir. Burada dəniz, meşə, yüksək daglardan ibarət gözəl təbiət var. Rusiyanın Qafqaz hissəsində hava bütün ilboyu mülayim isti olsa da, dagların başı bütün il boyu qarlı olur. Uzun zamanlardır ki, Şimali Qafqaz Rusiyanın əsas turist məkanı sayılır. Bura dəniz və günəş üçün üz tutanların sayı az deyil. Amma Şimali Qafqazda dəniz, günəş, yaşıl meşə və gözəl təbiətdən başqa quru iqlim və müalicəvi sular var. Köhnə filmlərin birində deyildiyi kimi, Qafqaz bütün İttifaqın həm istirahət yeri , həm sağlamlıq ocağı, həm də taxıl anbarıdır.

Qafqaz Mineral Sular müalicə və həm də istirahət ocaqları da məhz Stavropol diyarında- Kislovodsk, Yesentuki, Pyatiqorsk və Jeleznovodsk şəhərlərində yerləşir. Bu şəfalı yerlər əsrlərdir ki, öz məşhurluğunu qoruyub saxlayır. Hələ Puşkin zamanlarında zadəganlar suyun “başına” yığışardılar. Onlar bura gözəl istirahət, dincəlmək və saglamlıqlarını qorumaq üçün gələrdilər.

Qafqaz Mineral Sular müalicəxanaları dünyanın ən geniş profilli şəfa ocaqları sayılır. Burada 130 su bulağından 30 çeşiddə su qaynayır. Burada həmçinin şəfalı palçıq mənbələri də var.

Şimali Qafqazın daha iki görməli guşəsi var. Bunlar türklər yaşayan Qaraçay və Çərkəz Respublikası, bir də Kabardin- Balkar respublikalarının ərazidir. Bu Respublikaların ərazisi də Şimali Qafqaz təbiətinə aid olan gözəlliklərini əks etdirir.

Şimali Qafqazın ən üstün cəhətlərindən biri də onun ilin istənilən fəslində i turizm üçün unikal şəraiti olmasıdır. Belə ki, qış mövsümündə Şimali Qafqaz xizək turizmi üçün çox münbitdir. Bundan əlavə Qafqazda dağ turzimi çox inkişaf edib və qarlı, sıldırımlı qayalı, qoca və məğrur Qafqaz Sıra dağları alpinistlər üçün ən sevimli və məcaralı yüksəkliklər sayılır.

Bütövlükdə Şimali Qafqaza yaxın və uzaq xaricdən ildə 1.5 milyon nəfərə yaxın turistin gəldiyi bildirilir. Şimali Qafqazda sabitliyi bərqərar olması və bu zonaya sərmayə qoyuluşu bu göstəricini yaxın 10 ildə iki dəfə artıra bilər.

Hətta uca və əzəmətli Qafqaz sıra dağları bu ərazidə olan Azercell abonentinə sədd ola bilməz. Azercellin Rusiyada, o cümlədən bu ərazilərdə fəaliyyət göstərən yerli tərəfdaşları ilə həm keyfiyyətli, həm də sərfəli qiymətlərlə rominq mobil rabitə xidmətləri təmin olunur. May ayının 21-dən etibarən Azercell abonentləri üçün Rusiyanın bütün operatorları ilə rominqdə vahid qiymət tətbiq olunur: ölkədaxili, eləcə də Azərbaycana və digər istiqamətlərə edilən zənglərin 1 dəqiqəsi 0.90 qəpikdir. Bundan əlavə, yay mövsümündə səyahət edən həmvətənlərimizi sevindirmək üçün Azercell fakturalı xətt abunəçilərini rominq depozitindən azad edərək, başqa ölkələrdə də xüsusi rominq endirimləri elan edib :

Ölkə

Xidmətin növü

Ölçü vahidi

Xidmət haqqı AZN

(ƏDV daxıl)

Rusiya

Bütün istiqamətlərə

zəng

Bir dəqiqə

0.90

Türkiyə

0.90

Almaniya

0.90

Gürcüstan

0.47

Qeydlər:

 İstiqamətindən asılı olmayaraq çıxan zəngin hesablama intervalı 60 saniyədir, daxil olan zəngin hesablama intervalı isə 1 saniyədir.

 Tariflər yalnız zənglər qeyd olunmuş yığım qaydasında edildiyi halda keçərlidir: çıxış kodu +, ölkə kodu, şəhər kodu (və ya operator kodu), nömrə.

Rusiya haqqında söz açarkən populyar turistik məkan, qədim və mədəni paytaxt sayılan Sankt Peterburq barədə danışmamaq mümkün deyil. Rusiyalılar arasında qısaca olaraq Piter adlandırılan bu şəhər öz gözəlliyi və görməli yerləri ilə məşhurdur. Ruslar deyir ki, bu şəhərə səfər edən hər bir şəxs mütləq onun memarlıq və mədəni tarixini bilməlidir. Sankt Peterburq öz tarixi-memarlıq ahənginə görə qeyri-rəsmi “Şimali Venesiya” statususunu alıb. Burada Ermitaj, Petropavlov qalası, Rus, Puşkin, Dostoyevskiy muzeyləri, 17 peşəkar teatr, Kazan, Nikolsk, Spasa-na-Krovi, Aleksandro-Nevskaya Lavra kimi baş kilsələr yerləşir. Qış sarayı ilə Saray meydanı, Dekabristlər meydanı, Neva prospekti (uzunluğu 4,5 km), Yay Bağı, Rusiya Milli Kitabxanası, Rus Muzeyi ilə İncəsənət meydanı unikal memarlıq abidələri sırasındadır. Dünyanın ən ağır kilsəsi İsakiyev soboru da məhz Sankt Peterburqda yerləşir. Qeyd edək ki, onun sütünlarının dərinliyi 6.5 metrə çatır, kilsənin öz hündürlüyü isə 100 metrdir.

Sankt Peterbuq şəhəri gözəl meşələri və çoxsaylı gölləri və parkları ilə də məşhurdur. Burada yerləşən və Rusiyanın qədim flora muzeyi sayılan botanika bağında 8 min növ bitki var.

Etiraf edək ki, Rusiyanın görməli yerləri haqqında onlarla kitab var və bütün gözəllikləri bir məqaləyə sığışdırmaq reallıqdan uzaqdır. Ona görə də, oranı yalnız gəzmək lazımdır, Azercell-in keyfiyyətli və sərfəli rominq tarifləri isə sizin səyahətinizi daha da ürəkaçan edəcək!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm