Yaralı əsgərimiz vəfat etdi
Bizi izləyin

Qırmızı.az

Yaralı əsgərimiz vəfat etdi

Cəbhə xəttində baş verən atışmada yaralanan əsgər Qarazadə Anar Vidadi oğlu dünyasını dəyişib.


Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, həkimlərin səylərinə baxmayaraq, düşmənin kəşfiyyat-təxribat qrupunun müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqını cəhdinin qarşısını alarkən ağır yaralanmış əsgər Qarazadə Anar Vidadi oğlunun həyatını, təəssüf ki, xilas etmək mümkün olmayıb.


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə əsgər Qarazadə Anar Vidadi oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.


Müdafiə naziri şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm