Qəbələ və Oğuzda yanğının söndürülməsinə helikopter cəlb edilib
Bizi izləyin

Qırmızı.az

Qəbələ və Oğuzda yanğının söndürülməsinə helikopter cəlb edilib

Qəbələ rayonunda "Şahdağ" Milli Qoruğunun ərazisində 3 ha sahədə xəzəl, kol-kos və qurumuş ağaclar yanır. Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın texnikalarının həmin ərazilərə cəlb olunmasının qeyri-mümkünlüyünü nəzərə alaraq. Yanğının söndürülməsinə FHN-in Aviasiya Dəstəsindən 1 ədəd helekopter, Dövlət Yanğından Mühafizə Xidmətinin 10 nəfər əməkdaşı, 10 nəfər milli qoruğun əməkdaşı və 8 nəfər kənd əhalisi iştirak edir. Qoruq ərazisində olan meşə zolağı yanğından mühafizə olunur. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Oğuz rayonunda Oğuz Milli Parkının dağlıq ərazisində 1 ha sahədə qurumuş ağaclar və kol-kos yanır. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 nəfər əməkdaşı, 25 nəfər meşə təsərrüfatı işçiləri və 10 nəfər kənd əhalisi iştirak edir. Yanğın texnikasının həmin əraziyə cəlb olunması qeyri-mümkün olduğundan yanğın əllə söndürülür. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm