“Bu güllələr Leyla Yunusun qisası üçün atılır” – Fotofakt
Bizi izləyin

Qırmızı.az

“Bu güllələr Leyla Yunusun qisası üçün atılır” – Fotofakt

Erməni blogger sferasında bu günlərdə həbs olunan Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunusla bağlı qızğın müzakirələr açılıb.

Publika.az-ın haqqin.az saytına istinadən verdiyi məlumata görə, erməni bloggerləri Azərbaycan-Ermənistan təmas xəttində baş verənləri, ermənilərin çoxsaylı diversiyalarını L.Yunusun həbsinə cavab olaraq cəza aksiyası hesab edir.

Erməni saytlarında L.Yunusun xidmətlərinin təriflənməsi Azərbaycan hakimiyyətinin ünvanına qəzəbli şərhlərlə müşayiət olunur. “Novosti Armeniya” adlı aparıcı erməni saytı “DQR Müdafiə Nazirliyi: Bakının təbliğat maşını özündən uydurmaqda davam edir” başlıqlı bir yazı verib. Bu xəbərin altında erməni bloggerlərinin dərhal son hadisələr barədə müzakirəsi açılır. Onlar hesab edirlər ki, cəbhə xəttində baş verənlər həbs olunan hüquq müdafiəçisi üçün cəza aksiyasıdır.

Aram Davidyan adlı blogger yazır: “Azərbaycanda hüquq müdafiəçisi Leyla Yunusu həbs etdilər. Bu qadın Qarabağın müstəqilliyi üçün çox şey etdi. Biz tezliklə Bakını azad edəcəyik və onda Leyla Yunus da azadlıqda olacaq. O, Qarabağın bütün ordenlərinə layiqdir. Bu, Leyla üçün qisasdır. Azərbaycan, siz onu nə qədər ki həbsdə saxlayacaqsınız, o qədər bizdən güllələr və raketlər alacaqsınız. Anladınızmı???"

Erməni bloggerinin sözləri bu anlama gəlir ki, bizim əsgərlərimizə güllələr L.Yunusun qisasının alınması üçün atılır.

Bir başqa blogger Sarqis Xaçatryan da onu təkrarlayır: “Leylanı niyə həbs etdilər? Çünki onun damarlarında erməni qanı axır. Biz hamımız Leyla Yunusa minnətdarıq ki, o, bizə sülh gətirmək istəyirdi. Onu isə həbs etdilər. Əsgərlərimiz Leyla Yunus azad olunana qədər atəş açmalıdır. Onlar hətta Bakı və Leylanı azad edəcəklər. Leyla Barseqyana azadlıq!!!"

Beləliklə, Ermənistanda Azərbaycan hüquq müdafiəçisi üçün əsl dəstək kampaniyası başlayır. Onu ermənilərin qəhrəmanı obrazında təqdim edirlər. O, guya, sülh və xalqların barışığı üçün mübarizə aparır. Guya, erməni əsgərləri azərbaycanlı əsgərlərə Leyla Yunus azad edilməyənə kimi güllə atacaqlar. Ermənilər Leylaya Barseqyan soyadı da qoşublar. Barseqyan isə xanım Leylanın ana soyadıdır.

Sual olunur, doğrudanmı, L.Yunus bütün bu illər ərzində ermənilərə çox şey etdi? Yoxsa, ermənilər, sadəcə, L.Yunus problemindən erməni ictimai rəyində manipulyasiya etməyə qərar veriblər? Bu suala cavab vermək hələ ki çətindir…

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm