DİN-in polkovniki qəzada öldü, 3 yaşlı oğlu yaralandı
Bizi izləyin

Qırmızı.az

DİN-in polkovniki qəzada öldü, 3 yaşlı oğlu yaralandı

Pirallahı rayonunda ağır yol qəzası olub. Rayon Polis Şöbəsinin növbətçı hissəsindən Publika.az-a verilən məlumata görə, Dübəndi qəsəbəsində baş vermiş qəzada “Mersedes” markalı avtomobilin sürücüsü Fuad Allahverdiyev idarəetməni itirərək Bayram Ağayevin idarə etdiyi "Wolsfagen Passat"a, sonra da Elşad Ağayevin idarə etdiyi "QAZ 21"ə çırpılıb. Nəticədə “Mercedes”in sürücüsü F.Allahverdiyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Onun 3 yaşlı oğlu Yusif Allahverdiyev isə xəstəxanaya yerləşdirilib.

“Wolsfagen Passat"ln sürücüsü B.Ağayev və maşındakı sərnişinlər 43 yaşlı Əlvan Məmmədov və 53 yaşlı Rasim Süleymanov da xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzada dünyasını dəyişən “Mercedes” markalı avtomobilin sürücüsü Fuad Allahverdiyev Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin polis polkovnikidir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm