18 yaşlı gənc bıçaqlandı
Bizi izləyin

Qırmızı.az

18 yaşlı gənc bıçaqlandı

Suraxanı rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, 18 yaşlı İbrahim Əliyev bıçaqlanıb. Hadisə gecə saatlarında Əmircan qəsəbəsində baş verib. Hadisəni törədən şəxs qaçıb gizlənsə də, yaralı ağır vəziyyətdə Sabunçu Şəhər Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Publika.az-a verilən məlumata görə, İ.Əliyev bədənin müxtəlif nahiyələrindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olub. Daxili qanaxma yarandığından o, əməliyyat olunub. Hazırda reanimasiya şöbəsindədir.

Hadisəni törədən şəxsin kimliyi polis tərəfindən araşdırılır. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm