Şahdağın bəzi ərazilərində yanğın söndürüldü
Bizi izləyin

Qırmızı.az

Şahdağın bəzi ərazilərində yanğın söndürüldü

Avqustun 3-də Şahdağ Milli Parkının Oğuz meşəbəyiliyinin Xaçmaz bölməsinin 3-cü dolayının yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

İlkin ehtimala görə, ildırım nəticəsində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının köməyi ilə bu gün səhər saat 11 radələrində söndürülüb. Yanğın nəticəsində ərazidəki quru ot və kol örtüyünə ziyan dəyib.

Ötən gün 14 radələrində Şahdağ Milli Parkının Oğuz meşəbəyliyinin 8-ci dolayında da yanğın hadisəsi baş verib. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin müvafiq yerli qurumlarının əməkdaşları yanğının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm