Qobustan həbsxanasında aclıq aksiyası keçirilir
Bizi izləyin

Qırmızı.az

Qobustan həbsxanasında aclıq aksiyası keçirilir

Qobustan qapalı həbsxanasında kütləvi aclıq aksiyası başlayıb.

Bu barədə məhbusların yaxınları məlumat veriblər.

Onlar bildiriblər ki, ötən gün səhər saat 6:00-dan etibarən məhbuslar Qobustan qapalı həbsxanasında kütləvi aclıq aksiyasına başlayıblar. Buna səbəb isə həbsxanaya yeni təyin olunmuş rəis Fikrət Qafarovun məhbuslarla kobud davranışı və qanunsuz əməlləridir. Məhbuslar aclıq aksiyası ilə bağlı ədliyyə generalı Mədət Quliyevə müraciət ünvanlayıblar. Amma bütün bunlara baxmayaraq, həbsxana rəisi qanunsuz əməllərini davam etdirir.

Mövzu ilə bağlı Penitensiar Xidmətdən Qaynar.info-nun sorğusuna cavab olaraq bildirilib ki, həbsxanasında məhkumlar tərəfindən aclıq aksiyası keçirilməsi ilə barədə elektron ünvanınıza daxil olmuş məlumatlar həqiqəti əks etdirmir. Belə ki, bununla əlaqədar müəssisə və xidmət rəhbərliyinə heç bir rəsmi müraciət daxil olmayıb.

"Ədliyyə polkovniki Fikrət Qafarovun həbsxanaya rəis təyin edilməsi ilə bağlı Penitensiar xidmət tərəfindən artıq ictimaiyyətə məlumat verilib. Kütləvi informasiya vasitələrinə ötürülən bu cür əsassız məlumatlar isə Həbsxananın yeni təyin olunmuş rəisi tərəfindən Daxili İntizam Qaydalarının tələblərinə uyğun həyata keçirilən tədbirlərə, rejim qaydalarını pozmağa meylli və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların yaxınları tərəfindən göstərilən reaksiyadır.

Penitensiar xidmət olaraq bildiririk ki, bütün qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınacaqdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm