"Çağ öyretim"in binası dövlətin balansına qaytarılacaq
Bizi izləyin

Qırmızı.az

"Çağ öyretim"in binası dövlətin balansına qaytarılacaq

Bakıda bağlanmış "Çag ögretim İşletmeleri" müəssisələrinin binaları dövlətin mülkiyyətidir və onun balansına qaytarılacaq. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib.


Məmmədovun sözlərinə görə, Bakı Özəl Türk Liseyinin binası istisna olmaqla, həmin binaların xeyli hissəsi icarəyə götürülüb: "Bakı Özəl Türk Liseyinin binasına gəldikdə, onun Qafqaz Universitetinə verilməsi haqqında təklif var. Bu barədə konkret qərar qəbul ediləcək".


Məmmədovun dediyi kimi, bağlanmış "Çag ögretim İşletmeleri" təşkilatının tədris müəssisələrinin binalarında olan əmlak Beynəlxalq Tədris Mərkəzinin [ARDNŞ-nin idarəçiliyi altındadır] mülkiyyətidir: "Biz ondan gələcəkdə istifadə olunmasına dair qərar qəbul edəcəyik".


Azərbaycanda fəaliyyət göstərən Qafqaz Universiteti və "Çag ögretim İşletmeleri" təşkilatının tədris müəssisələri bu ilin martında Beynəlxalq Təhsil Mərkəzinin tabeçiliyinə keçib. Bu mərkəzin tərkibində Türkiyə kurikulumu üzrə çalışan 11 "Çag ögretim" məktəbi və "Araz" kurslarının 13 filialı var idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm