Qırmızı.az
Prezident təmir olunmuş məktəbə baş çəkdi
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 4-də Xətai rayonundakı 56 nömrəli orta məktəbin binasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Dövlətimizin başçısının tapşırıqlarına əsasən Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi
istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilir.
Xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun
olaraq təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əsaslı şəkildə
yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının
inşası uğurla həyata keçirilir. Yeni dərs ili ərəfəsində
respublikanın hər yerində olduğu kimi, paytaxtda və eləcə də ətraf
qəsəbələrdə orta məktəb binaları yüksək standartlara uyğun şəkildə
yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov
dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi.
Bildirildi ki, məktəbin binası 1976-cı ildə inşa olunub. 960 şagird
yerlik məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir.
Prezidentin tapşırıqlarına uyğun olaraq, yeni dərs ilinə hazırlıq
məqsədilə məktəbin binası əsaslı şəkildə yenidən qurulub, lazımi
ləvazimatla təchiz edilib.
Dövlətimizin başçısına Xətai rayonundakı məktəblərdə görülən təmir
və yenidənqurma işləri barədə də məlumat verildi.
Prezident İlham Əliyev məktəbin sinif otaqlarına baxdı, fənn
kabinetlərində yaradılan şəraitlə yaxından tanış oldu. İdman
zallarında və hərbi hazırlıq kabinetində də yüksək şəraitin
yaradıldığı vurğulandı.
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia