Avropa Azərbaycan Məktəbinin PYP-yə namizədlik müraciəti qəbul olunub
Bizi izləyin

Qırmızı.az

Avropa Azərbaycan Məktəbinin PYP-yə namizədlik müraciəti qəbul olunub

Avropa Azərbaycan Məktəbi 2014-cü il sentyabrın 1-dən Beynəlxalq Bakalavriat Təşkilatının (İB) İbtidai Təhsil Proqramı (PYP) üzrə təhsil verəcək namizəd məktəb statusu qazanıb.

Publika az-ın məlumatına görə, İB təşkilatından Avropa Azərbaycan Məktəbinin direktoru xanım Şandel Leazberiyə göndərilmiş rəsmi məktubda bildirilir ki, təşkilat namizədliyi müddətində Məktəbi davamlı olaraq dəstəkləyəcəkdir. Belə ki, Məktəbin PYP bölməsində çalışan bütün müəllimləri IB onlayn kurikulum mərkəzinə (OCC) daxil ola biləcək, bununla da IB nəşrlərinin və tədris materiallarının elektron versiyasını əldə edə biləcəklər. OOC sayəsində müəllimlər həm də bütün dünyada olan IB iştirakçıları ilə müvafiq mövzularda onlayn forumlarda iştirak etmək imkanını əldə edəcəklər.

Avropa Azərbaycan Məktəbi qarşısında duran növbəti mərhələ IB “World School” (“Beynəlxalq Məktəb”) pilləsinə yüksəlməkdir. Bu səviyyədə olan məktəblər ümumi fəlsəfə və viziona əsaslanan təlim mühiti yaradır, yüksək keyfiyyət öhdəçiliyini üzərinə götürür, bunlara əlavə olaraq, AAM öz şagirdləri üçün əhəmiyyətli hesab etdiyi beynəlxalq təhsili təmin edir.

Yalnız IB təşkilatına üzv qəbul olunmuş məktəblər aşağıdakı 3 akademik proqrama çıxış əldə edir: PYP (İbtidai Təhsil Proqramı), MYP (Orta Təhsil Proqramı), DP (Diploma Proqramı və əlavə olaraq IB karyera yönümlü sertifikat).

Beynəlxalq Bakalavriat Təşkilatı 1968-ci ildə İsveçrədə təsis edilmişdir. İB diplomunu almış hər bir şəxs dünyanın istənilən ali məktəbinə qəbul imtahanları vermədən daxil oluna bilər. İB diplomunu yalnız Beynəlxalq Bakalavriat üzrə avtorizasiya edilmiş (ixtiyar almış) məktəblər verə bilərlər.

Avropa Azərbaycan Məktəbi 2011-ci ildə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis edilmiş, dünyanın ən qabaqcıl təhsil standartları əsasında fəaliyyət göstərən modern təhsil müəssisəsidir. Məktəb beynəlxalq aləmdə ibtidai və orta təhsil üzrə ixtisaslaşmış ən böyük təşkilatlardan olan Beynəlxalq Məktəblərin Avropa Şurasına (ECIS) 2013-cü ildə üzv qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm