Qırmızı.az
Xərçəngdən əziyyət çəkən mayorun köməyə ehtiyacı var - FOTO
Tovuz rayonunun “N” saylı hərbi hissənin mayoru Rəşid Məmmədov xərçəng xəstəliyindən əziyyət çəkir. Bu barədə qafqazinfo-ya onun anası Səriyyə Məmmədova məlumat verib.
Ananın sözlərinə görə, oğlunun sağalması üçün dövlət tərəfindən
maliyyə vəsaiti tam ödənilməyib: "Oğlum həyatının 20 ilini
Azərbaycan Silahlı Qüvvələrinə xidmətdə keçirib. Xidmətinin 80
faizini cəbhə bölgəsində olub. Tovuz rayonunun “N” saylı hərbi
hissənin mayorudur. 2013-cü ilin sentyabr ayında səhhətində
yaranmış problemlə əlaqədar Bakıda Hərbi Hospitalda müayinə keçib
və ona myeloma (xərçəng) diaqnozu qoyulub. Hospitalda müayinə kursu
keçdikdən sonra dövlət xətti ilə Türkiyənin Gülhanə Hərbi
Xəstəxanasına göndərilib. Həmin xəstəxanada 2 aya yaxın müalicə
olunsa da, kurs başa çatmamış maliyyə vəsaitinin bitdiyi əsas
gətirilərək geri çağrılıb. Baxmayaraq ki, kurs tam başa
çatdırılmalı və təxminən 1 ay fasilədən sonra illik köçürmə
mərhələsi olmalı idi. Bunların heç biri olmadı, çünki dövlət
tərəfindən maliyyə vəsaiti ödənilmədi. Üstəlik, hərbçi olduğu və
ölkədən gedib-gəlməsi xüsusi icazə ilə olduğu üçün müalicəni öz
hesabımıza da başa çatdıra bilmədik.
Ağrıların şiddətindən bir dəqiqə belə gözünü yuma bilməyən,
gözlərimin qarşısında günü-gündən əriyən, artıq yerimə
qabiliyyətini də itirən oğlumun bu halına necə dözəcəyimi
bilmirəm".
Qeyd edək ki, mayorun anası ölkə başçısından və səlahiyyətli
şəxslərdən oğlunun müalicəsinin davam etdirilməsi üçün kömək
istəyir.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO