Rəis müavini cəbhədə jurnalistlər üçün brifinq keçirdi - Foto
Bizi izləyin

Qırmızı.az

Rəis müavini cəbhədə jurnalistlər üçün brifinq keçirdi - Foto

“Cəbhə xəttinə yaxın kəndlərdə asayiş tam nəzarətimizdədir”.

Bu sözləri Tərtər rayon Polis Şöbəsinin Xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Məhərrəm Hüseynov cəbhə xəttində olan jurnalistləri qəbul edərkən dedi.

Axar.az-ın bölgəyə ezam olunan əməkdaşı xəbər verir iki, rəis müavini yollarda yerləşdirilən polis nəfərləri rayona gələn rəsmi qonaqları qarşılamaq və yaranmış vəziyyətlə əlaqəli asayişi nəzarətdə saxlamaq məqsədilə gündəlik iş rejimlərini davam etdirdiyini də bildirib.

Rəis müavinin sözlərinə görə, rayonda əhalinin yaşayışı öz həmişəki axarıyla davam edir:

“Yayılan məlumatların çoxu həqiqəti əks etdirmir. Təklifimiz budur ki, yaxşı olar ki, media nümayəndələri tam məlumatı hüquq mühafizə orqanlarından və Müdafiə Nazirliyinin mətbuat xidmətindən alsınlar. Biz də öz növbəmizdə sizə məlumat mübadiləsində istənilən köməkliyi göstərməyə hazırıq”.

Qeyd edək ki, Müdafiə naziri Zakir Həsənov və MN-nin başqa səlahiyyətli zabitləri hal-hazırda cəbhə bölgəsindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm