Bazarların bağlanması xəstəliyin yayılmasının qarşısını alıb
Bizi izləyin

Qırmızı.az

Bazarların bağlanması xəstəliyin yayılmasının qarşısını alıb

"Hazırda “Nodulyar dermatit” virus xəstəliyi ilə bağlı müalicə olunan heyvanların sayı 70 başdan azdır. Xəstəliyə yoluxma hallarında enmə müşahidə edilir".

Bu sözləri Publika.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

O, virusla bağlı məsələnin tam nəzarətdə olduğunu bildirib:

“Digər rayonlara virusa yoluxma halı müşahidə edilməyib. Virusun yayıldığı 4 rayonda isə artım müşahidə edilmir. Virusdan ölum halı qeydə alınmayıb. Artımın olmamasının əsas səbəbi aparılan profilaktik, dezinfeksiya işləri və virus yayılan rayonlarda bazarların bağlanmasıdır”.

Xatırladaq ki, “Nodulyar dermatit” xəstəliyi İran, Türkiyə və İraqda yayılıb. Qansoran həşəratlar vasitəsilə yayılan virus qısa zamanda heyvanlar arasında sürətlə yayılır. Virus heyvandan insana keçmir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm