Qeyri-dövlət pensiya institutlarının lisenziyalaşdırılması məsələləri araşdırılacaq
Bizi izləyin

Qırmızı.az

Qeyri-dövlət pensiya institutlarının lisenziyalaşdırılması məsələləri araşdırılacaq

Qeyri-dövlət pensiya institutlarının fəaliyyəti ilə bağlı nəzərdən keçirilən dövlət tənzimlənməsinin bir forması kimi bu fəaliyyətin lisenziyalaşdırılması, habelə həmin institutların yaradılması və təşkili üzrə tələblərin müəyyən edilməsidir. Bunu Avropa İttifaqının ekspertlərinin ölkəmizə səfəri barədə məlumat verən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

E.Mehdiyev qeyd edib ki, ekspertlərin fondların lisenziyalaşdırılması, onların yaradılması və təşkili üçün tələblər və digər bu kimi məsələlərlə bağlı araşdırmalarının nəticələri DSMF və Avropa İttifaqının birgə layihəsi çərçivəsində hazırlanması nəzərdə tutulan qeyri-dövlət pensiya fondlarına dair qanunvericilikdə öz əksini tapacaqdır.

Həmçinin bildirilib ki, qeyd edilən birgə layihə çərçivəsində hazırda ölkəmizdə səfərdə olan Avropa İttifaqının ekspertləri tərəfindən DSMF ilə, habelə müxtəlif dövlət orqanları, beynəlxalq təşkilatlar və sair qurumlarla çoxsaylı görüş keçirilməsi, eləcə də Azərbaycanda mövcud iqtisadi və demoqrafik vəziyyətin, qanunvericilik və maliyyə sisteminin öyrənilməsi, təhlili və digər araşdırma işlərinin aparılması nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm