Polis olmaq istəyənlərin nəzərinə!
Bizi izləyin

Qırmızı.az

Polis olmaq istəyənlərin nəzərinə!

Daxili İşlər Nazirliyi (DİN) polis olmaq istəyən Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ rayon sakinləri üçün qəbul elan edib.

DİN-dən Publika.az-a verilən məlumata görə, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan, Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ rayon sakinlərindən yaşı 20-dən az, 30-dan çox olmayan aşağıdakı şərtlərə uyğun:

- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan;

- boy ölçüsü 180 sm-dən az (qadınlar üçün 170 sm) olmayan;

- düzgün bədən quruluşlu və idman cüssəli, tam orta təhsilli;

- yol-patrul xidməti inspektoru vəzifələrinə əlavə olaraq avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, 3 ildən çox sürücülük təcrübəsi olan, kompyuterdən istifadə etməyi bacaran şəxslər;

- "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm