"Avropa İtifaqı rəsmilərinin Leyla Yunusla bağlı bəyanatı əsassızdır"
Bizi izləyin

Qırmızı.az

"Avropa İtifaqı rəsmilərinin Leyla Yunusla bağlı bəyanatı əsassızdır"

Avropa İttifaqının ali nümayəndəsi və vitse-prezidenti və Genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarının sözçülərinin Leyla Yunusova ilə əlaqədar 02 avqust 2014-cü il tarixli bəyanatı əsassız və qəbuledilməzdir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən açıqlamada bildirilir.

Açıqlamada qeyd olunur ki, hər bir demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da heç kəs özünü qanundan üstün hesab edə bilməz. Konkret cinayət əməlləri törətməkdə ittiham olunan hər bir vətəndaş qanun qarşısında cavab verməlidir:

"İstintaq prosesi tam şəkildə qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılır və Leyla Yunusova digər ittihamlarla yanaşı dövlətə xəyanətdə də ittiham olunur.

Bu tipli bəyanatlar Azərbaycan Respublikasının daxili işlərinə qarışma, məhkəmə sisteminin işinə müdaxilə və cinayət tərkibli əməllərin məqsədyönlü şəkildə siyasiləşdirilməsi cəhdləri kimi qiymətləndirilərək rədd edilir.

Azərbaycan Respublikasına bu cür yollarla siyasi təzyiqin göstərilməsi tamamilə səmərəsizdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm