İldırım düşdü: 1 ölü, 4 yaralı
Bizi izləyin

Qırmızı.az

İldırım düşdü: 1 ölü, 4 yaralı

Türkiyədə ildırım düşməsi insan ölümünə səbəb olub.

ANS PRESS-in məlumatına görə, bədbəxt hadisə Vanın Saray rayonunda baş verib.

Rayonun Bakışık məhəlləsində meydana gələn ildırım düşməsi nəticəsində ot bağları toplayan Cüneyt, Canpolat, Tarık və Yücəl Nam adlı sakinlər yaralanıb.

Ağır yaralanan Cüneyt Sonsuz dünyasını dəyişib, digər 4 yaralı isə təcili yardım maşınları ilə Özalp dövlət xəstəxanasına çatdırılıb.

Hazırda yaralıların vəziyyətinin normal olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm