“Rabitəbank”ın vəzifəli şəxslərinə qarşı cinayət işi açıldı
Bizi izləyin

Qırmızı.az

“Rabitəbank”ın vəzifəli şəxslərinə qarşı cinayət işi açıldı

“Rabitəbank”ın vəzifəli şəxslərinə qarşı cinayət işi açıldı

“RabitəBank” ASC-də yol verilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş müraciət araşdırılıb.

Bu barədə Publika.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalar zamanı cəmiyyətin Lənkəran rayon filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Lənkəran rayon sakinləri Fuad Cabbarov və digərlərinin adlarına saxta kredit müqavilələri rəsmiləşdirməklə ilkin məlumatlara görə 35.0 min manat məbləğındə vəsaiti kredit şəklində alaraq mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm