• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Soyqırım və Terror Əleyhdarları Koalisiyası beynəlxalq təşkilatlara müraciət etdi

Soyqırım və Terror Əleyhdarları Koalisiyası beynəlxalq təşkilatlara müraciət etdi

Soyqırım və Terror Əleyhdarları (QHT) Koalisiyası, işğal altındakı ərazilərin təmas xətti boyunca gərginliyin artmasından çox ciddi narahatlıq hissi keçirir və dünya ictimaiyyətini, beynəlxalq təşkilatları Ermənistanın Azərbaycan torpaqlarında günü-gündən genişlənən işğalçı hərəkətlərinə qiymət verməyə çağırır.

Koalisiyadan Publika.az-a verilən məlumata görə, bəyanatda bildirilib ki, Ermənistanın işğalı nəticəsində Azərbaycanın bir milyona yaxın mülki vətəndaş uzun illərdir ki, ağır şəraitdə məcburi köçkün və qaçqın həyatı yaşamaqdadır.

“Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq qurumları, Cənubi Qafqazda demokratiyanın, insan haqlarının qorunmasında ən böyük maneə olan Ermənistanın işğalçı siyasətinə qarşı sanksiyalar tətbiq edilməsinə qərar verməlidirlər.

Ermənilər işğal altında saxladıqları ərazilərdə nəinki sənaye və kənd təsərrüfatını, eləcə də təbii sərvətləri dağıdıb, qarət edib iflic vəziyyətinə salıblar. Orada yaşayan azərbaycanlıların normal həyat tərzini zorakı şəkildə pozaraq bu xalqın, işğal altında sahibsiz qalan milli-mədəni dəyərlərini, geyimlərini, memarlıq sənətinin nümunələrini, inanc yerlərini, ibadət yerlərini birdəfəlik və ya tədricən yox edilməsini və ya mənimsənilməsini hədəf göturərək, bütün milli-mədəni dəyərlərimizin planlı və sistemli şəkildə məhv edilməsini və ya erməniləşdirilməsini həyata keçirirlər. Azərbaycan ərazilərində ermənilər tərəfindən həyata keçirilən bu hadisələr Beynəlxalq Hüquqda Mədəniyyətin soyqırımı anlamını verir.

Azərbaycan torpaqlarının işğal olunması ilə bağlı BMT-nin 4 qətnaməsinin icra edilməməsi, Ermənistana işğalçılıq siyasətinin davam etdirməsinə şərait yaradır.

ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in Minsk qrupuna üzv olan ölkələr, eləcə də vasitəçilik missiyasını daşıyan ölkələr bu məsələ ilə bağlı kəskin münasibətini bildirməyə borcludurlar. Vəziyyətin gərginləşdirilməsi, yalnız cəbhə bölgəsində səngərdə dayanmış əsgərlər arasında deyil, dinc insanların da həlak olmasına səbəb olur. Məhz bu səbəbdən beynəlxalq ictimaiyyət yaranmış vəziyyətə ciddi münassibət göstərməli, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarında zor tətbiq etməsi dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə pislənilməlidir.

Biz Soyqrım və Terror Əlehdarları (QHT) Koalisiyası üzvləri, beynəlxalq təşkilatların bu münaqişənin həllində tutduqları ikili münasibətlərin və ədalətsiz mövqelərin aradan qaldırılmasını tələb edirik”.

Bəyanatı Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyi Koalisiyanın rəhbəri Faiq İsmayılov, Koalisiya üzvü Çexiya Respublikası“Most” İctimai birliyinin rəhbəri Bozena Vinkovskaya, Koalisiya üzvü, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi Rada Abbas imzalayıblar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR