• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ölüm klinikasının rəhbəri istintaqdan qaçır

Ölüm klinikasının rəhbəri istintaqdan qaçır

Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı iyulun 9-da Yasamal Rayon Məhkəməsində maddi təzminat iddiası ilə bağlı çıxarılan qərar istintaqın gedişinə təsir edə bilər.

Bunu Axar.az-a məsələ ilə bağlı açıqlama verərkən hüquqşünas Səməd Vəkilov deyib.

Onun sözlərinə görə, bu qətnamədən sonra ölüm faktının baş verdiyi “Medi Sina” klinikasının və onun rəhbərliyinin məsuliyyətdən kənarda qalması artıq mümkün olmayacaq.

“Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində preyudisiya anlayışı nəzərdə tutulur. Preyudisiyalılıq cinayət işi üzrə qəbul edilmiş hökm və ya mülki iş üzrə məhkəmə qərarlarının digər məhkəmə üçün məcburiliyi deməkdir. Yasamal Rayon Məhkəməsinin hakimi Mətanət Qasımovanın sədrliyi ilə keçirilən məhkəmədə zərərin ödənilməsinə dair qəbul edilən qətnamə də bu sıraya aiddir. Cinayət prosessual qanunvericiliyinə əsasən, mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir”.

Qeyd edək ki, Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, Elnarə Tofiqqızının ölümünə səbəbə olmuş “Medi Sina” klinikasına 6 min manat və əməliyyatda iştirak etmiş anestozoloq Firuz İbrahimova 4 min manat məbləğində zərərin ödənilməsinə dair qətnamə qəbul edilib.

Klinikanın rəhbəri Müğdət Həşimov hələ də istintaqdan yayınır.

Xatırladaq ki, 2013-cü il sentyabrın 20-də Elnarə Tofiqqızı “Medi Sina” klinikasında əməliyyat zamanı dünyasını dəyişib. Hazırda faktla bağlı Bakı Şəhər Prokurorluğunda istintaq aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR