
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatır. Bu barədə Publika.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur
ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə,
onlar müsabiqədə iştirak edə bilməyəcəklər.
Bu gün saat 10:00-a olan məlumata görə, 35621 abituriyent qəbul
olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib
təsdiqləyib.
Gülxar