• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Mətbuat Şurası jurnalistlər üçün müsabiqə elan etdi

Mətbuat Şurası jurnalistlər üçün müsabiqə elan etdi

Mətbuat Şurası "Əsrin Müqaviləsi - Ölkəmizin Davamlı Sənaye İnkişafının Təməli" mövzusunda jurnalistlər üçün yazı müsabiqəsi élan edib.

Azərbaycan Mətbuat Şurası və "SOCAR-AQŞ" MMC (İnteqrə Olunmuş Qazma və Quyu Xidmətləri Müəssisəsi) ilə birlikdə "Əsrin Müqaviləsi - Ölkəmizin Davamlı Sənaye İnkişafının Təməli" mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir. Müsabiqə 2014-cü il- "Sənaye İli" çərçivəsində Azərbaycanın müasir enerji strategiyasının həyata keçirilməsində mühüm rol oynayan "Əsrin müqaviləsi"nin imzalanmasının 20 illiyinə həsr olunur.

I. Müsabiqənin istiqamətləri

Müsabiqəyə təqdim olunacaq yazılar üçün aşağıdakı 3 istiqamət müəyyənləşdirilib;

1. Heydər Əliyev- Milli Neft Strategiyasının Banisi;

2. Prezident İlham Əliyevin Azərbaycan sənayesinin modernləşdirilməsi siyasəti;

3. Əsrin Müqaviləsi: Azərbaycanda sənayenin inkişafında yeni mərhələnin başlanğıcı;

II. Mükafatlandırma

Qaliblər yuxarıda qeyd edilən üç istiqamətin hər biri üzrə ayrı-ayrılıqda mükafatlandırılacaqlar. Ümumən müsabiqədə

3 birinci;

3 ikinci;

3 üçüncü - yer nəzərdə tutulur.

I yer - 1000 manat;

II yer - 700 manat;

III yer - 500 manat.

Həvəsləndirici mükafat - 9 nəfər - 200 manat

Müsabiqədə yer tutacaq şəxslərin adları 20 sentyabr- Əsrin müqaviləsi"nin imzalanmasının 20 illiyi ərəfəsində açıqlanacaq.

III. Müsabiqə şərtləri

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək;

- Materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi;

- Faktlardan istifadə xüsusiyytələri və araşdırmanın keyfiyyəti;

- İfadə vasitələrinin zənginliyi;

- Oxucu üçün informasiyalılıq dərəcəsi;

- Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə;

Müsabiqəyə 2014-cü ilin avqust ayının 11-dən sentyabr ayının 10-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;

Yazıda "Azərbaycan Mətbuat Şurası və SOCAR-AQŞ-nin "Əsrin Müqaviləsi- Ölkəmizin Davamlı Sənaye İnkişafının Təməli" mövzusundakı müsabiqəyə təqdim olunur" qeydi olmalıdır.

Qeyd: Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir.

Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də verilməsi şərt deyil.

Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının "qara siyahı"sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.

IV. Yazıların təqdim edilməsi

Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır.

Təqdimat zərfində yer almalıdır:

- yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti;

- yazı təqdim edən şəxsin əlaqə vasitələri - ev və iş telefonu, mobil telefonu;

- müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqədə);

- yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link (ayrıca vərəqədə);

- materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrin hər birində materialın müsabiqə üzrə olan istiqaməti qeyd edilməli, müəllifinin adı göstərilməməlidir);

- diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla);

- yazı elektron media resursunda verilibsə, elektron daşıyıcıda yazının linkinin göstərildiyi ayrıca fayl.

Müsabiqə üçün yazılar avqust ayının 11-dən senyabr ayının 10-dək həftənin iş günləri saat 11.00-dan 16.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.

Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.

Əlaqə telefonu: (012) 441 35 96, (050) 534 93 26, (055) 201 99 26

Xəbər lenti

DAHA ÇOX XƏBƏR