“Azərpoçt”un vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib
Bizi izləyin

Qırmızı.az

“Azərpoçt”un vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib

"Azərpoçt" MMC-nin Kürdəmir rayon filialının vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin Kürdəmir rayon filialının mərkəzi poçt şöbəsinin vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaq zamanı filialın mərkəzi poçt şöbəsinin müdiri Elsevər Usubovun qulluq mövqeyindən istifadə edərək filialın əməkdaşı Zaur Cəbrayılov ilə əlbir olub vətəndaşlara ünvanlı dövlət sosial yardım ödənişlərini həyata keçirmək üçün sərəncamına verilmiş pul vəsaitlərinin sərf edilməsinə dair hesabata tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə yekun rəqəmlərin qəsdən şişirdilməsi hesabına yaranmış 12 min 105 manat məbləğində özgə əmlakını mənimsəyib talamaqla dövlətə külli miqdarda ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq dövründə dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub.

Cinayət işinin istintaqı tamamlanaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm