• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Türkiyə və Ukraynadakı soydaşlarımız bəyanat yaydı

Türkiyə və Ukraynadakı soydaşlarımız bəyanat yaydı

Ukraynada yaşayan azərbaycanlılar son günlər Azərbaycanın işğal olunmuş torpaqlarındakı təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatdan ciddi narahat olduqlarını bildiriblər. Bu barədə Publika.az-a Diasporla İş üzr Dövlət Komitəsindən məlumat verilib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyevin imzası ilə beynəlxalq təşkilatlara müraciət ünvanlanıb.

Ukrayna azərbaycanlıları münaqişənin artıq davam etməsinin yolverilməz olduğunu bildirərək, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsində də göstərildiyi kimi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün beynəlxalq ictimaiyyəti təxirəsalınmaz tədbirlər görməyə, təcavüzkara qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Türkiyədəki Azərbaycan diaspor təşkilatları da birgə bəyanat yayıblar.

Bəyanatda bildirilir ki, sülhü təmin etmək bir yana, atəşkəsi təmin etmək iqtidarında olmayan, müharibəni, qətliamı dəstəkləyən bir rəhbərlik heç zaman sərhədlərin açılmasını tələb edə bilməz.

“Hər zaman olduğu kimi erməni xalqına da deyirik ki, sizi sonu görünməyən bir tunelin içinə sürükləyən bu faşist, irqçi, daşnak rəhbərliyindən xilas olmağa çağırırıq. Çünki Qafqazda sülhün qarşısında ən böyük maneə bu daşnak rəhbərliyidir”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR