Qırmızı.az
İrandan gətirilən 11 kq həşişi satan şəxs saxlanılıb
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları külli miqdarda narkotik maddəni qanunsuz dövriyyədən çıxarıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilmiş narkotik maddənin satılacağı barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Cəlilabad rayonunda keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 11 kiloqram həşişi satmaq istəyən 43 yaşlı İlyas Nağıyev cinayət başındaca yaxalanıb.
Saxlanılan şəxs bildirib ki, İranda tanış olduğu Cəfər adlı şəxs
ona zəng vuraraq həşişin Cəlilabad rayonu ərazisində gizlədildiyini
deyib.
İlyas Nağıyev Cəfər adlı şəxsin tapşırığı ilə narkotik maddəni
götürərək satmaq üçün əvvəlcədən tapdığı müştəriyə aparıb. İlyas
Nağıyev 11 kiloqram həşişi 27.500 Amerika dollarına satarkən
əməliyyatçılar tərəfindən ələ keçirilib.
Saxlanılan şəxsdən həşiş və 27.500 dollar maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə iş başlayıb, istintaq aparılır. Polis əməkdaşları narkotik maddənin mənbəyini araşdırır.
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb