Qırmızı.az
Bu həftə Bakıda hava küləkli olacaq
Sabahdan başlayaraq avqustun 10-na kimi Bakıda və Abşeron yarımadasında hava küləkli olacaq. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumata görə, avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava
dəyişkən buludlu olacaq. Gün ərzində əsasən yağmursuz keçəcək.
Avqustun 6-dan həftənin sonunadək Bakıda və Abşeron yarımadasında
hava şəraitinin küləkli keçəcəyi, şimal-qərb küləyinin arabir
güclənəcəyi gözlənilir. Nazirlik bununla bağlı artıq müvafiq
qurumları xəbərdarlıq edib.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 6-da hava əsasən yağmursuz
olacaq, qərb küləyi arabir güclənəcək. Aran rayonlarında havanın
temperaturu gecə 20-25, gündüz 33-39 dərəcə, dağlarda gecə 12-17,
gündüz 25-30 dərəcə isti olacaq.
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17 Aprel 17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər