Sumqayıtda küçənin ortasında öküz “at oynatdı“ - VİDEO
Bizi izləyin

Qırmızı.az

Sumqayıtda küçənin ortasında öküz “at oynatdı“ - VİDEO

Dünən günorta saatlarında Sumqayıtda qəribə - həm məzəli, həm də təhlükəli bir hadisə baş verib.

Belə ki, işıqforda gözləyərkən QazEl markalı kiçik yük maşınında kəsilməyə aparılan öküz qəfil qaçmağa başlayıb. Lakin avtomobilin sürücüsü cəld tərpənərək "Qazel"i sola çəkməklə öküzü yaxınlıqdakı ağ 10 PS 523 dövlət nömrə nişanlı ağ "Hyundai"a tərəf sıxa bilib, ardınca da tez-tələsik kəndirlə tutub. Lakin öküz bundan sonra daha da qızışıb və "Hyundai"ə zərbələr vurub, onu əzib.

Xeberler.com-un əməkdaşı bu anı çəkə bilməsə də, bundan sonrakı anları kameranın lentinə köçürə bilib. Avtomobili tez kənara çəkiblər. Bundan sonra öküzü kəsmək istəyənlərlə öküzün arasında əsl mübarizə başlayıb. Öküz "Qazel"ə də bir neçə güclü zərbə endirib. Çətin vəziyyətdə qalan insanlar öküzü yolun ortasında kəsmək istəyiblər. Böyük məsuliyyətsizlik edən və insanlara təhlükə yaranmasına səbəb olan şəxslər - öküzü aparanlar bununla razılaşmayıblar və mübarizəni sonadək aparıblar. Yolda böyük tıxac yaranıb, hadisə sakinlərin böyük marağına səbəb olub. Sonda isə öküzü maşına bağlayıb sürüyə-sürüyə aparıblar.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm