• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Ağdamlı gənc arvadını da götürüb Suriyaya döyüşə getdi – Foto

Ağdamlı gənc arvadını da götürüb Suriyaya döyüşə getdi – Foto

Vəhhabi təriqətinə mənsub olan daha bir azərbaycanlı Cavid Rabil oğlu Qasımov Suriyadakı döyüşlərə qoşulmaq üçün ölkəni tərk edərək Türkiyəyə gedib.

Bu barədə Axar.az-a Cavid Qasımovun xalası oğlu Aqil Kərimov məlumat verib. Onun sözlərinə görə, Ağdam rayon sakini, 1992-ci il təvəllüdlü Cavid Rabil oğlu Qasımov həyat yoldaşı Gülüzə Adil qızı Kərimovanı da götürərək işləmək adı ilə Türkiyəyə aparıb:

“Sonradan qohumların araşdırması nəticəsində məlum oldu ki, C.Qasımov vəhhabi təriqətinin təkfirçi qanadına qoşulub. Hətta sosial şəbəkələrdə “Adbullah Sələfi” ləqəbi ilə çıxış edib, internet üzərindən icma üzvləri ilə intensiv əlaqələr saxlayıb”.

Qeyd edək ki, G.Kərimova C.Qasımovun xalası qızıdır. Onlar bu ilin martında ailə qurublar və qadın hazırda hamilədir. Buna görə ailənin narahatlığı daha da artıb.

Aqil Kərimov bacısı və kürəkəni ilə bir müddət əvvələ qədər telefon əlaqəsi saxladıqlarını deyib. Sonuncu dəfə onlar iyulun 5-də danışıblar. Qohumlar onların geri qayıtmasını təkidlə tələb etsələr də, təriqətçi gənclər yollarından dönməyiblər.

A.Kərimov isə bacısının oğurlanaraq aparıldığını iddia edib.

Hazırda C.Qasımovun valideynləri onun və həyat yoldaşının geri qaytarılması üçün Milli Təhlükəsizlik Nazirliyinə müraciət ediblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR