Türkiyəli yazar Azərbaycana gəlib
Bizi izləyin

Qırmızı.az

Türkiyəli yazar Azərbaycana gəlib

Türkiyəli yazar Azərbaycana gəlib

Azərbaycana gəlmiş ünlü təsəvvüf araştırmaçısı, yazar Cemalnur Sargut buğun Bakı Asiya Universitetində olub.

Publika.Az-ın verdiyi xəbərə görə, yazar “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) sədri, millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və dəvəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB), Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İB-nin təşkilatçılığı gəlib.

Qardaş ölkənin hörmətli araşdırmaçısı ilə universitetin professor-müəllim heyəti və tələbələrinin görüşünü açıq elan edən rektor prof.dr. Cəlil Nağıyev belə görüşlərin iki ölkə arasında elm, sənət, mədəniyyət əməkdaşlığını daha da gücləndirdiyini qeyd edib.

Cəlil Nağıyev Cemalnur Sargutun təsəvvüf və ümumən ilahiyyat sahəsində dəyərli əsərlər yazdığını, geniş oxucu auditoriyası qazandığını, həmin əsərlərin Azərbaycanda da maraqla qarşılandığını vurğulayıb. O, qardaş ölkədən gəlmiş hörmətli araşdırmaçı-yazarın elmi yaradıcılıq uğurlarını nəzərə alaraq Bakı Asiya Universiteti Elmi Şurasının qərarı ilə “fəxri doktor” ünvanına layiq görüldüyünü diqqətə çatdırıb.

Görüşdə çıxış edən millət vəkili dr. Qənirə Paşayeva Cemalnur Sargut şəxsiyyəti, onun parlaq araşdırmaçı-yazar kimliyi barədə ətraflı danışaraq, Bakı Asiya Universiteti tərəfindən “fəxri doktor” ünvanına layiq görülməsini alqışladığını qeyd edib, buna görə universitetin Elmi Şurasının bütün üzvlərinə təşəkkürlərini çatdırıb.

Qənirə Paşayeva Cemalnur Sargutu onunla eyni mövzunu işləyənlərdən fərqləndirən və Azərbaycana doğma edən səbəblərə diqqət çəkərək, adı sufizmlə, təsəvvüflə qoşa çəkilən böyük Azərbaycanlı şəxsiyyətlərin həyat və yaradıcığını geniş təhlil etdiyini, o cümlədən Şəms Təbriziyə həsr olunmuş araşdırmalar və populyar “Şəms” kitabını yayınladığını qeyd edib.

İslamda qadın və qadın hüquqlarına, ümumən insan hüquqlarına verilən böyük önəmi öz yaradıcılığında hər kəsin anlaya biləcəyi dil və üslubla çatdıran Cemalnur Sargutun milli dəyərlər kimi, öz mövzularına da sadiq olduğunu bildirib.

Cemalnur Sargutla bərabər Türkiyədən gəlmiş alimlər də öz çıxışlarında Cemalnur Sargutun əsərlərinə diqqət çəkərək, onun “Yaradılış sirri”, “Kamil insanın həqiqətləri”, “Ey İnsan”, “Peyğəmbərə sevdirilən qadın” və başqa əsərləri barədə fikirlərini bölüşüb, Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu ifadə edib.

Cemalnur Sarguta “fəxri doktor” diplomu verildikdən sonra, hörmətli qonaq bu təntənəli görüşdən duyğulandığını, Azərbaycana ikinci dəfə səfərdə olmaqdan zövq aldığını bildirib. Xanım araşdırmaçı qeyd edib ki, o indiyə qədər bir neçə ödül və fəxri ünvanlara layiq görülsə də, özünün ata yurdu bildiyi Azərbaycanda yaradıcılığına verilən qiymət onuncun daha təsirli və yaddaqalandır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm