Azərbaycan Ordusu Füzuli və Ağdam rayonları istiqamətində bir xeyli irəliləyib
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Ordusu Füzuli və Ağdam rayonları istiqamətində bir xeyli irəliləyib

Musavat.com-un cəbhə bölgəsi və Müdafiə Nazirliyindəki mötəbər qaynaqlardan əldə etdiyi məlumatlarda iddia olunur ki, Silahlı Qüvvələrimiz bir sıra mövqelər üzrə irəliləyiblər. Qaynağımızdan biri Silahlı Qüvvələrin 4-5 avqust gecəsində həyata keçirdiyi əməliyyatı obrazlı olaraq, belə ifadə edib: Qəfil hərəkət, sıfır itki, mövqe irəliləməsi”...

Musavat.com bildirir ki, bu qəbildən olan məlumatda daha böyük iddialar var; lakin onları dəqiqləşdirmək imkanına sahib deyilik. O səbəbdən də yayınlamırıq. Hazırda Müdafiə Nazirliyi xətti ilə sərhəd döyüş nöqtəsində olan Azərbaycan jurnalistləri də bu barədə hələlik heç bir açıqlama vermirlər. Onlardan biri isə özünün Facebook səhifəsində bunları yazıb: “Yovşan etri, Qarabağ havası, torpağımla, bayrağımla, əsgərimlə bir arada... Qürur duydum! Her şey əla olacaq!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm