Gəncə gəncləri bayramlarını qeyd edirlər
Bizi izləyin

Qırmızı.az

Gəncə gəncləri bayramlarını qeyd edirlər

Gəncə gəncləri bayramlarını qeyd edirlər

Yanvarın 30-da 2 fevral Gənclər günü ilə bağlı YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin təşkil etdiyi yürüş Gəncədə geniş əks-səda doğurdu.

Fəal gənclərin iştirak etdiyi yürüş YAP Gəncə şəhər Təşkilatı Qərargahının qarşısından başlayıb. Gənclər əllərində gəncliklə bağlı şüarlar yazılmış plakatlar, bukletlər, şarlar və bayraqlarla irəliləyib. Yürüşə qoşulan 15 nəfər gitaraçı gənclər musiqiləri ilə yürüşə rəng qatıb.

Üzlərinə boyalarla Azərbaycan bayrağını və ay-ulduz şəkillərini çəkən gənclər şəhərdə olan bir qrup məşğuliyyətsiz gəncə yaxınlaşaraq, buklet və bayraqlar verib, onları bu yürüşə qoşulmağa, həmrəy olmağa çağırıblar. Gəncənin Cavad xan küçəsində yürüşə davam edən gənclər əlil gənclərə yaxınlaşıb, onlarda olan həyat eşqini artırmaq üçün söhbətlər edərək, bu yürüşə qoşulmağa dəvət edib. Yürüş boyu sayı artan gənclər Həsən Əliyev küçəsinə gələrək, orada öz əl işləri ilə “Street art”-küçə sənəti sərgiləyiblər.

Tədbir çərçivəsində “Aura Park” İstirahət və Əyləncə Mərkəzində keçirilən flashmob və party gənclərdə xoş təəssüratlar yaradıb.

Sonda gənclər Heydər Əliyev park-kompleksində yerləşən Zəfər Tağının qarşısına gəliblər. Burada arzu və istəklərini yazdıqları 100-dən çox dilək fənərləri ilə səmaya uçurublar.

YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin keçirdiyi bu yürüşün əsas məqsədi müxtəlif kateqoriyadan olan gəncləri bir araya toplayaraq, onların arasında həmrəylik yaratmaq olub.

“Yeni Gəncə” qəzeti

Oxumağa davam et
Reklam
Reklam

Gündəm