Prokurorluq əməkdaşlarına ali xüsusi rütbələr verildi
Bizi izləyin

Qırmızı.az

Prokurorluq əməkdaşlarına ali xüsusi rütbələr verildi

Azərbaycan Prezidenti İlham Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin baş prokurorun müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Digər bir sərəncamla Baş Prokurorluğun 3 əməkdaşına ali xüsusi rütbələr verilib.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Bayram oğlu Əliyevə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin.

Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

Abbasov İlqar Rza oğlu - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini

Nağıyev Əli Nağı oğlu - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm