“Yol istismar idarələri hava şəraiti ilə əlaqədartədbirlər planını hazırlanıb ”
Bizi izləyin

Qırmızı.az

“Yol istismar idarələri hava şəraiti ilə əlaqədartədbirlər planını hazırlanıb ”

“Yol istismar idarələri hava şəraiti ilə əlaqədartədbirlər planını hazırlanıb ”

Şaxtalı və qarlı hava şəraiti ilə əlaqədar olaraq bütün yol istismar idarələrinə əmr göndərilib, həmin idarələr də tədbirlər planını hazırlayıblar.

Bu barədə Publika.Az-a “Azəryolservis”ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, ASC-də xüsusi qərərgah yaradılıb, bütün yol istismar müəssisələrinin rəhbərləri də qərərgahın üzvləri sayılır. Artıq yol istismar sahələri vəzifələrinin icrasına başlayıb:

“Lazımı işlərin həyata keçirilməsi üçün kifayət qədər texniki ehtiyatımız var. Respublika üzrə ümumilikdə 25 min kub metrə yaxın qum, 1500 ton texniki duz və 1100-ə yaxın texnika tam hazır vəziyyətə gətirilib. Hər hansı ərazidə problem yaşanarsa texniki qüvvə həmin əraziyə səfərbər ediləcək. Axşam saatlarında buzlaşma olacaqsa, qum və duz səpən maşınlar səfərbər ediləcək. Bölgələrin də yol istismar idarələri eyni qayda ilə fəaliyyət göstrəcək”.

Xatırladaq ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun yanvarın 30-da axşam və yanvarın 31-də 1-3, fevralın 1-2-də gecə saatlarında 4-6, gündüz saatlarında 0-3 dərəcə şaxta olacağı gözlənilir. Qarlı havada şimal küləyinin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm