Qatara minənlərə xoş xəbər
Bizi izləyin

Qırmızı.az

Qatara minənlərə xoş xəbər

2010-2014-cü il Dövlət Proqramında öz əksini tapan məsələlərdən biri də dəmir yolu nəqliyyat sistemində infrastruktrun yenidən qurulmasıdır.

ANS TV-nin məlumatına görə, proqrama əsasən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işləri həyata keçirilib. Artıq Hacıqabul rayonu ərazisindəki Padar-Sığırlı mənzilində 2,3 km-lik yolun əsaslı təmiri başa çatıb.

5 gün müddətində davam edən bu təmir işi çərçivəsində Padar-Sığırlı dəmir yolundakı yarımstansiyalar dəyişdirilib, rabitə siqnalizasiya sistemi yenilənib.

Bununla yanaşı, istismara yararsız relslər yenilərilə əvəz olunub. Rusiyadan gətirilən xüsusi texnikanın köməyilə relslərin böyük bir qismi quraşdırılıb.

“Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov görülən işlərin dəmir yolu nəqliyyat sisteminin inkişafına hesablandığını deyir.

Artıq Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmir işi başa çatıb, yol 800 metrlik uzunölçülü relslərlə əvəzlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm