Bakı-Bişkek aviareysi açılacaq (FOTO)
Bizi izləyin

Qırmızı.az

Bakı-Bişkek aviareysi açılacaq (FOTO)

Azərbaycanın Qırğız Respublikasındakı səfirliyindən verilən məlumata görə, oktyabrın 26-dan etibarən, həftədə iki dəfə olmaqla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) Bakı-Bişkek-Bakı birbaşa uçuşlarını həyata keçirməyə başlayacaq.

Məlumatda deyilir ki, artıq AZAL-ın rəsmi saytında artıq Bakı-Bişkek-Bakı reysi üçün onlayn bilet sifariş etmək mümkündür.

Saytdakı qrafikə əsasən, uçuşlar həftənin bazar günü saat 10:10-da və çərşənbə axşamı saat 20:20-də müasir, komfortlu “Airbus – A320” tipli hava gəmiləri ilə həyata keçiriləcək. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm