İmran Cəfərzadənin işində təqsirləndirilənlərə hökm oxundu
Bizi izləyin

Qırmızı.az

İmran Cəfərzadənin işində təqsirləndirilənlərə hökm oxundu

Bu gün Xaçmaz rayon Məhkəməsində “Nabran Holiday Village” istirahət mərkəzində 3 yaşlı İmran Cəfərzadənin ayağından xəsarət alması ilə nəticələnənn faciə ilə bağlı tutulan şəxslərin növbəti məhkəmə prosesi keçirilib.

İmran Cəfərzadənin anası Nuridə Cəfərova Publika.az-a açıqlamasında atasının və yoldaşının orada olduqlarını və tutulan şəxslərə hökm oxunduğunu bildirib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən Ramiz Əhmədov 2 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il, Firdovsi İbrahimov, Rəşad Zərbəliyev və Aslan Hacıməmmədkərimov hər biri 4 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İmran Cəfərzadə ötən il iyulun 21-də Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində xəsarət almışdı. Almaniyada müalicə olunan İmranın bir ayağına protez taxılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm