Vəhhabilər şəhid əsgərlərimizi "LEŞ" adlandırırlar
Bizi izləyin

Qırmızı.az

Vəhhabilər şəhid əsgərlərimizi "LEŞ" adlandırırlar

Son zamanlar cəmiyyətimizdə vəhhabilər və onlarla həmfikir insanlar tərəfindən torpaqlarımız uğrunda vuruşan və şəhid olan əsgərlərimizə təhqirlər davam edir.

Onlar şəhidlərimizə "leş" və digər qeyri-etik sözlər deyərək, namaz qılmadıqları üçün əsgərlərimizin şəhid olmadığını söyləyirlər. FaktXəbər-in məlumatına görə, yaranmış məsələ ilə əlaqədar tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli XeberLent.az-a belə deyib: “İnsanın Allaha olan mərifəti və imanının müxtəlif dərəcələri ola bilər. Kimin imanı hara qədərdir, qəlbində nə var, niyyəti necədir, bunu qəlblərdən agah olan Allah bilir. Bizim vəzifəmiz budur ki, haqq savaşımızda canlarını fəda edənləri dəyərləndirək və onların izzətini qoruyaq. Unutmamalıyıq ki, biz müharibədə haqq tərəfik və haqq bizimlədir. İnsan haqq savaşında canını veribsə, biz onu əziz tutmalıyıq, bizim üçün o şəhiddir. Çünki o, Haqqı öz qanı ilə təsdiqləyib. Bizim bu gün nəyimiz varsa, əziz şəhidlərimizin fədakarlığı və qanları sayəsindədir”.

Qeyd edək ki, bəzi saytlar guya vəhhabi əqidəsinə malik şəxslərin cəbhə bölgəsinə gedərək, ermənilərə qarşı döyüşmək istədiyi təbliğatını aparırlar. Maraqlıdır ki, şəhid əsgərlərimizə, müsəlman qardaşlarına "leş" deyən, yaşadığı ölkəni tağut, "darul-küfr" adlandıran şəxslər belə addımı necə ata bilərlər? Yəqin, bütün bu cür addımlar İŞİD terrorçularının Azərbaycandakı havadarlarını cəmiyyətin gözündə müsbət qələmə vermək niyyətinin məhsuludur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm