Qarpız və yemişdə nitratın miqdarı yoxlanılır
Bizi izləyin

Qırmızı.az

Qarpız və yemişdə nitratın miqdarı yoxlanılır

"İstər kütləvi satış obyektləri, istərsə də yarmarkalarda qarpız və yemişlər yerindəcə yoxlanılır. Bazarlardan və rayonlardan nümunə laboratoriyaya gətirilir. Yoxlamalar əsasında deyə bilərik ki, ölkədə satılan qarpızda nitratın miqdarı normaya müvafiqdir". Bu sözləri Publika.az-a açıqlamasında Dövlət Fotisanitar Nəzarət Xidmətinin Nəzarət toksikologiya laboratoriyasının rəhbəri Yaqub İbrahimov deyib.

Onun sözlərinə görə, qarpız ilk dəfə bazarlara gəldiyi vaxtlarda tərkibində gübrənin miqdarı çox olduğundan zəhərlənmələrə səbəb ola bilirdi. Lakin hazırda bu kənd təsərrüfatı məhsulunun yeyilmə dövrüdür.

Yemiş nümunələrində yoxlamalar aparılır, onda da nitratın miqdarı normaya müvafiqdir. Bəzən normadan çox olma halları müşahidə edilir. Bu zaman müvafiq orqanlara məlumat verilir və satış dayandırılır. Bu məhsullar üzrə yoxlamalar daimi aparılır. Ötən illə müqayisədə bu il nitratın miqdarının çox olması faktlar nisbətən azalıb.

"Biz yalnız yoxlama ilə məhdudlaşmırıq. Fermerlərə gübrənin hektara düşən normaya uyğun, ya da nisbətən az verilməsini məsləhət görürük. Bundan başqa, yeni gübrələr də gətirilir ki, onlarda da azotun miqdarı azdır. Əvvəl yalnız ommunium-nitrat, azot verirdiksə, indi azot-fosfor-kalium gübrəsi bir yerdə gətirilir. Buna baxmayaraq, monitorinqlərimiz davam etdirilir”.

Y.İbrahimov bildirib ki, monitorinqlərin bütün ölkə ərazisini əhatə etməsi üçün 8 regional mərkəzin yaradılması planlaşdırılır. Bu regional mərkəzlər yaradıldıqdan sonra yoxlamalar birbaşa sahələrdə aparılacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm