Ağdamda iki əsgərimiz yaralandı - Foto
Bizi izləyin

Qırmızı.az

Ağdamda iki əsgərimiz yaralandı - Foto

Ağdamın Qərvənd və Bayramlar kəndi istiqamətində sübh çağı gedən atışmada Azərbaycan Ordusunun iki əsgəri yaralanıb.

Publika.az-ın Ağdama ezam olunmuş müxbirinin verdiyi məlumata görə, atışma davam etdiyinə görə, təcili tibbi yardım maşınları yalnız indi əraziyə girərək, yaralı əsgərlərimizi oradan götürə bilib.

Hazırda yaralılar Sarıcalı hospitalına aparılır.

Əməkdaşımız bildirir ki, hər iki əsgərimiz Qərvənd qəbiristanlığı önündə vurulub.

Düşmənin nə qədər itki verdiyi haqda məlumat yoxdur.

Bu dəqiqələrdə atışmada qısamüddətli fasilə yaranıb.

İsmi Şahzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm