Qırmızı.az
Keçmiş hüquq müdafiəçisi Prezidentdən əfv istədi
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabeliyindəki cəzaçəkmə müəssisəsində saxlanılan "Kamil Vətəndaş" Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynli cəza çəkmə müəssisənin rəhbərliyi vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib.
Bu barədə Publika.az-a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsidən məlumat verilib.
Müraciəti olduğu kimi təqdim edirik:
“Hörmətli cənab Prezident!
Son günlər erməni işğalçılarının növbəti dəfə Atəşkəs Sazişini
pozması və Azərbaycan Ordusunun düşmənlərimizin bu təxribatlarının
qarşısını rəşadətlə alaraq qısa bir müddətdə bütün cəbhə xətti
boyunca vəziyyətə tam nəzarəti ələ alması bir daha sübut etdi ki,
Sizin Ali Baş Komandan olduğunuz bu güclü Ordu güclü Azərbaycan
dövlətinin qarantı olmağa qadirdir. İlk baxışda adi bir hərbi uğur
təəssüratı yaradan bu fenomen əslində Sizin Strasburqdakı son
möhtəşəm çıxışınızda Azərbaycanın müstəqil, qüdrətli və öz
müqəddəratını həll etmək gücünə malik bir ölkə olması barədə
söylədiyiniz tutarlı arqumentlərin reallığının əyani
nümayişidir.
Hörmətli cənab Prezident!
Sizin Ali diqqətinizə çatdırmaq istəyirəm ki, Vətənimizin bu
taleyüklü günlərində üzləşdiyi problemlərin həllinə öz töhfəmi
vermək imkanından məhrum olduğımdan dərin təəssüf hissi
keçirirəm.
Digər tərəfdən mənimlə bağlı şəxsi böhtan zəminində hüquq-mühafizə
orqanları tərəfindən saxlanılıb həbs ediləndən sonra mənə məlum
olmuşdur ki, bir neçə əcnəbi siyasətçilər mənim həbsimin siyasi
motivlərə əsaslandığı barədə bəyanatlar vermişlər. Mən bunu belə
qəbul etmirəm və həbsimlə bağlı müraciət etdiyim apellyasiya
məhkəməsində bəraət alacağıma əminəm. Azərbaycan hüquqi dövlətdir
və Azərbaycan Prezidenti tərəfindən qorunmasına inanıram və
hüquqlarımın heç bir əcnəbi siyasətçi tərəfindən qorunmasına
ehtiyac görmürəm.
Hörmətli cənab Prezident!
Ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin ən yüksək
səviyyələrə çatdırılmasında Sizin əldə etdiyniz nailiyyətlər,
həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası və ölkəmizin dünya
ölkələri arasında layiqli yer tutması kimi Ali missiya uğrunda
apardığınız yorulmaz mübarizə danılmazdır!
Hörmətli cənab Prezident!
Ali ünvanınıza bu məktubu göndərməklə bir Azərbaycan vətəndaşı kimi
Sizi əmin etmək istəyirəm ki, bütün şüurlu həyatım boyu olduğu
kimi, bəraət alıb azadlığa çıxandan sonra da mən bütün gücümü,
biliyimi və bacarığımı bu nailiyyətlərin daha da yüksəlməsinə və bu
Ali missiyanın həyata keçməsinə sərf edəcəyəm!
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?