Azərbaycanda ana körpəsini öldürmək istədi
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda ana körpəsini öldürmək istədi

Şəki rayonunda ağılasığmaz hadisə baş verib.

Körpə uşağını öldürmək istəyən ana polis tərəfindən saxlanılıb.

Şəki Şəhər Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, 20 yaşlı gənc qadın (G. M – ad gizli saxlanılır) körpəsi ilə taksiyə minib və sürücüyə onu qonşuluqdakı Qoxmuq kəndinə aparmağı xahiş edib. Lakin qadının qeyri-adi davranışları – körpəyə əl qaldırması, canını qurtarmaq üçün onu yarıyolda atacağı ilə hədələməsi, öz-özünə danışıb-qışqırması və gedəcəyi ünvana çatanda yarıyoldan qayıtması kimi hallar sürücüdə şübhə yaradıb.

O, bu barədə polisə məlumat verib.

Şəki Şəhər Rayon Polis İdarəsinin əməkdaşları qadınla söhbət apararkən onun psixoloji durumunun yerində olmadığını müəyyən ediblər. Qadın polislə söhbətində yeni doğulmuş körpəsindən imtina etdiyini və onu öldürmək istədiyini bildirib. Qadın polisin köməyilə Əsəb Dispanserinə göndərilib, körpə isə qadının ailəsinə təhvil verilib.

Ailəsi polis əməkdaşlarına bildirib ki, G.M-nın həyatında yaranan şəxsi problemlər üzündən bir müddətdir ki, psixoloji durumu yerində deyil.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm