Ermənilər daha bir uşağı yaraladı
Bizi izləyin

Qırmızı.az

Ermənilər daha bir uşağı yaraladı

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tovuz rayon sakini yaralanıb. Rayonun Mülkülü kənd sakini, 2000-ci il təvəllüdlü İsmayılov Sərxan yaralanıb. O, Tovuz Rayon Mərkəzi Xəstəxansına yerləşdirilib.

Xəstəxananın baş həkimi Paşa Muradov Publika.az-a açıqlamasında uşağın vəziyyətinin normal olduğunu deyib:

“Əsas yara əlində idi, həmçinin sinəsində də qəlpə yarası vardı. Ona ilkin yardım göstərilib, rentgen edilib. Hadisənin necə baş verdiyi araşdırılır. Çünki səhər saatlarından atəşkəs pozulmayıb, onun necə yaralanması barədə dəqiq bir söz deyə bilmərik. Uşaq və ailəsi ilə danışırıq, hadisənin necə baş verdiyini dəqiqləşdirməyə çalışırıq”.

Qeyd edək ki, Ermənilərin cəbhə istiqamətində intensiv olaraq atəşkəsi pozması nəticəsində bu gün Ağstafa rayonu Köhnə Qışlaq kəndinin 8 yaşlı sakini Qoşqar Abbasov boyun nahiyəsindən yaralanıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm