Qırmızı.az
Erməni nazirdən gülünc itki etirafı: ”Kiçik qardaşlarımız öldü”
“Bugünkü vəziyyət Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi üçün əsas yaratmır”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan
müdafiə naziri Seyran Ohanyan bu gün keçirdiyi mətbuat konfransında
danışıb.
S.Ohanyan konfransa “Azərbaycanın Dağlıq Qarabağ cəbhə xəttindəki
diversiyası nəticəsində həlak olmuş şəxslərin” valideynlərinə və
yaxınlarına ünvanlanmış başsağlığı ilə başlayıb.
O deyib: “Ermənistan Müdafiə Nazirliyi, Baş Qərargah və şəxsən öz adımdan həlak olmuş əsgərlərin valideynlərinə və doğmalarına dərin hüznlə başsağlığı verirəm. Hər bir əsgər – ordu rəhbərliyinin oğlu, bizim kiçik qardaşımızdır”. O, ölənlərin adlarını da çəkib: Zorik Gevorkyan, Ararat Xanoyan, Azat Asoyan, Qor Qriqoryan, Sarqis Movsisyan, Aram Qirqoryan, Xaçatur Badasyan.
Nazirin sözlərinə görə, bugünkü görüş həm erməni, həm də “Artsax” xalqı üçün gərgin vəziyyətdə keçir. Azərbaycan Silahlı Qüvvələri erməni mövqelərinə daxil olmaq üçün cəhdləri davam etdirirlər: “Onlar dərk etmirlər ki, bizim Silahlı Qüvvələrimizdə fateh ordunun komandirləri xidmət edir və onlar öz təcrübələrini yeni nəslə ötürürlər”.
O əlavə edib ki, son bir neçə gündə erməni ordusu düşmənin 20-dən çox diversiyasının qarşısını alıb:
“Təbii ki, təhlükəsizlik səbəbindən biz sərhəddə atdığımız addımlar barədə məlumatları açıqlaya bilmirik”.
Yenidən ölmüş əsgərlərin valideynlərinə müraciət edən Ohanyan qeyd edib ki, “vətən uğrunda həlak olan əsgər və zabitlər bizim qürur duyduğumuz qəhrəmanlardır və onların xidməti sayəsində erməni tərəfi öz mövqelərindən bir addım da olsun çəkilməyib.
Nazir sualları cavablandırarkən bildirib ki, KTMT-yə Qarabağ cəbhəsindəki vəziyyətlə bağlı bəyanat vermək xahişi ilə müraciət etməyə ehtiyac yoxdur, Ermənistan yalnız genişmiqyaslı əməliyyatların başlayacağı təqdirdə bunu edə bilər. Vəziyyətin düzgün qiymətləndirilməsinə və mühakiməsinə gəlincə, bu, təkcə KTMT üçün deyil, bütün qurumlar üçün keçərlidir – hamı vəziyyətə ayıq baxmalı və Azərbaycanı ittiham etməlidir.
Müttəfiqlərlə münasibətlərdən danışan nazir qeyd edib ki, ötən il müvafiq sənədlərin imzalanmasından sonra Rusiya Federasiyası ilə sıx əməkdaşlıq inkişaf etməkdədir. Məqsəd erməni ordusunu silah və texnika ilə təchiz etmək, eyni zamanda, rus qurumları ilə birbaşa əlaqələr qurmaqdır.
Nazir deyib: “Rusiya ilə münasibətlər yüksək səviyyədədir”.
Nazir münaqişə zonasında sülhməramlıların yerləşdirilməsinə də xüsusi ehtiyac görmədiyini deyib.
Rəbiqə
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR