• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Asif Əliyev: “İlham Mirzəyev məndən 150 min manat, həbs olunandan sonra ev verməyimi istədi”

Asif Əliyev: “İlham Mirzəyev məndən 150 min manat, həbs olunandan sonra ev verməyimi istədi”

Bu gün Yasamal rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.

Publika.Az xəbər verir ki, hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Asif Əliyev ifadə verib. O, deyib ki, barəsində olan cinayət işini mətbuatdan bilib. Onun sözlərinə görə, cinayət işi ilə də tanış olmayıb. O, bildirib ki, iyulun 13-də vergilər nazirliyinin qarşısında olarkən telefona evdən zəng gəlib: “Dedilər ki, evə polis əməkdaşları gəlib. Onlarla telefonda danışarkən barəmdə şikayət olunduğunu və 26-cı polis bölməsinə çağırdılar. Məndə həmin bölməyə getdim. Bölmədə mənə dedilər ki, barəmdə şikayət edilib və buna görə də məni Yasamal rayon Polis İdarəsinə apardılar. Baş idarədə müstəntiq Ceyhun Mahmudovun qəbulunda oldum. Müstəntiq mənə dedi ki, adam vurmusan. Sonra müstəntiq mənimlə alver etməyə başladı. Müstəntiq dedi ki, bu iş “zakaz”dı. Müstəntiq dedi ki, İlham Mirzəyevə 150 min manat verməlisən, yoxsa sən həbs ediləcəksən”.

Asif Əliyevin sözlərinə görə, İlham Mirzəyevin qohumu ilə ailə həyatı qurub: “Sonradan İlham Mirzəyev bizim ailə işlərimizə qarşışdı. Bizə gəlirdi və yoldaşımı öyrədirdi. Ona deyirdi ki, özünü bıçaqla, saçlarını yandır, sənin arxadan mən dayanmışam. Belə-belə sözlərlə bizim ailəni dağıtdı. Sonrada canlı yayımda barəmdə təhqiredici ifadələr işlətməyə başladı. İlham Mirzəyev mənim evimə hücum edib və dəfələrlə məni tutdurmaqla hədələyib. İndi deyir ki, ona hücum etmişəm, maskalı şəxslər olub. Hanı həmin maskalı şəxslər? Ortalığa çıxarsın”.

Daha sonra prokuror Rizvan Soltanovun suallarını cavablandıran Asif Əliyev deyib ki, həyat yoldaşı Aysel İlham Mirzyevin daysı qızıdır. O, deyib ki, hadisə baş verən gün və həmin ərəfədə evdə olub: “Evdə anam, bacım, bacımın yoldaşı və uşaqları olub. Hər həftənin 3-cü günü “Space” kanalında yayımlanan verilişinə baxırdıq. Həmin verilişə baxmaqda məqsədimiz haqqımzda dediyi sözləri eşitmək olub. O, məni və ailə üzvlərimi verilişdə təhqir edirdi. Istintaqda ilkin ifadəmdə bunları deməmişəm. Çünki ilkin olaraq “istintaq”ı ciddi qəbul etməmişəm. Müstəntiq bitrinci gündən mənimlə ciddi söhbət etməyib. O, mənimlə alver edib. Orada təkcə kassa çatışmırdı”.

Onun sözlərinə görə, İlham Mirzəyev canlı yayımda onun adını çəkməsə də, evində baş verənləri sadalayırmış. O, deyib ki, ailə qurmamışdan əvvəl nikah müqaviləsinin bağlanmasını qarşı tərəf istəyib: “Nikah müqaviləsi 2012-ci ilin aprelində bağlamışıq. Onlar tələb edirdilər ki, müqavilə qızın qarantiyası ilə bağlı olub. Müqavilə bağlamaqda İlham Mirzəyevin təsiri olub. O, mənə psixoloji təsir göstərib. Deyiblər ki, müqavilə bağlamasa qızı verməyəcəklər. Mən burada çox şeyi danışmaq istəmirəm. Həbs olunamışdan əvvəl İlham Mirzəyev 150 min manat, həbs olunandan sonra ev verməyimi istədi. Mən İlham Mirzəyevə hücum etməmişəm, məndə də bıçaq olmayıb. Bunlar iyrənc böhtandır”.

Məhkəmənin gedişi zamanı hakim 5 dəqiqəlik fasilə elan edib. Fasilədən sonra Asif Əliyevin vəkili Abuzər Mütəllimov deyib ki, İlham Mirzəyev dəhlizdə olan iş üzrə şahidlərə təzyiq edib. Onun sözlərinə görə, şahidlərin üstünə hücum çəkən teleaparıcı onları hədələyib. İlham Mirzəyev Asif Əliyevin anasını xristian adlandırıb. Vəkil İlham Mirzəyevin barəsində tədbir görülməsini hakimdən istəyib. İlham Mirzəyev isə belə halın olmadığını deyib. Hakim isə məhkəmə nəzarətçilərinə şahidlərin yanına heç kimin buraxlmaması barədə göstəriş verib: “Belə bir hal məhkəmənin adına yaraşmaz”.

Bu zaman İlham Mirzəyevin vəkili xanlar Bayramzadə də telefon aşkar edilib. O, həmin telefonunun İlham Mirzəyevə məxsus olduğunu deyib. Hakim onları prosesdə səs-yazmaqda ittiham edərək deyib ki, telefonla məhkəmə zalına daxil olmaq qadağan olunub. İlham Mirzəyev isə telefonla səs yazmadıqlarını diqqətə çatdırıb. O, həmçinin Asif Əliyevin ünvanına təhqir edici ifadələr işlədib. Asif Əliyev İlham Mirzəyevin barəsində tədbir görülməsini hakimdən xahiş edib: “Hörmətli hakim, İlham Mirzəyev məni təhqir edir. Mənə vicdansız, əclaf deyir. Bununla bağlı tədbir görnməyinizi xahiş edirəm. Hakim İlham Mirzəyevə xəbərdarlıq edəndən sonra şahid qismində Asif Əliyevin anası Ludmila Əliyeva dindirilib. O, deyib ki, iyunun 11-də, 12-də və 13-də Asif Əliyev evdə olub və heç bir yerə getməyib. O, İlham Mirzəyevin və anasının oğlunun işlərinə qarışdığını, ailəsinin dağıldığını deyib. İlham Mirzəyev isə şahidin dediklərinə belə münasibət bildirib: “Mənim şərəfim, nüfuzum tapdalanıb. Bu araşdırılmır. Burada nikah müqaviləsi müzakirə edilir”.

İlham Mirzəyev hakimi yumşaq danışmaqda ittiham edib və deyib ki, işə ciddi yanaşsın. Hakim teleaparıcıya xəbərdarlıq edəndən sonra Asif Əliyevin anasını bunları deyib: “Hörmətli hakim, oğlumun işinə ədalətli baxın. Yoxsa özümün yandıracam”.

Bu zaman İlham Mirzəyev təqsirləndirilən şəxsə qatil deyib. Asif Əliyevin vəkilləri hakimin diqqətinə çatdırıb ki, İlham Mirzəyev təqsirləndirilən şəxsin təqsirsizlik prezumsiyasını pozub və Asif Əliyevi qatil adlandırıb. Hakim növbəti dəfə İlham Mirzəyevə xəbərdarlıq edərək zalı tərk etməsini istəyib. İlham Mirzəyev deyib: “Mən zaldan çıxsam gedib yazacaqlar ki, hakim İlham Mirzəyevi zaldan çıxartdı”.

Daha sonra hakim İlham Mirzəyevi zaldan çıxartmayıb və tərəflərə xəbərdarlıq edib: “Burada özbaşınalıq lazım deyil. Mətbuatda yazır. Məcbur etməyin ki, səalhiyyətlərimdən istifadə edim və ciddi tədbir görüm”.

Daha sonra şahid qismində Asif Əliyevin bacısı Sevil Bağırova və bacısını həyat yoldaşı Fikrət Bağırov ifadə verib. Onlar deyiblər ki, iyunun 12-dən 13-nə keçən gecə Asif Əliyev evdə olub və evdən heç yerə getməyib. Məhkəmə fevralın 5-də davam edəcək.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR