Qırmızı.az
DGK: Azərbaycana müvəqqəti gətirilən avtomobillərin ölkədə qalma müddəti dəyişə bilər
Azərbaycana müvəqqəti gətirilən avtonəqliyyat vasitələrinin ölkədə qalma müddəti məqsəddən asılı olaraq dəyişə bilər. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov müvəqqəti gətirilən avtonəqliyyat vasitələri üzərində nəzarətin gücləndirilməsi məsələsini şərh edərkən deyib.
Onun sözlərinə görə, hazırda bu sahədə (vaxtında qayıtmamaqla bağlı) müəyyən problemlər mövcuddur: "Biz onların aradan qaldırılması, xüsusilə ölkəyə gətirilən avtomobillərin texniki standartlarının uyğunluğu istiqamətində tədbirlər görürük".
Azərbaycanın gömrük qanunvericiliyinə müvafiq olaraq ölkəyə gətirilən avtonəqliyyat vasitəsinin qalma müddəti 90 gündür, lakin məqsəddən asılı olaraq bu müddət dəyişə bilər.
Ş.Bağırov qeyd edib: "Tədbirlərimiz bu problemlərin bir daha baş verməməsinə yönəlib və biz nəzarət tədbirlərini gücləndiririk".
Onun sözlərinə görə, avtonəqliyyat vasitələrinin sənədləşdirilməsi prosedurları olduqca şəffafdır və onlarla internet resurslar vasitəsilə tanış olmaq mümkündür.
Qeyd edək ki, son zamanlar fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və Avro-4 ekoloji standartlarının normalarına cavab verməyən avtonəqliyyat vasitələrinin (Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasının (XİF MN) 8703 və 8711 mal mövqelərinə aid edilən) geri qaytarılma müddətlərinə riayət edilməməsi hallarının artması ilə əlaqədar DGK tərəfindən gömrük qanunvericiliyinin tələblərinin təmin olunmasına dair müvafiq tədbirlər həyata keçirilib.
Bununla əlaqədar 16 avqust 2014-cü ildən etibarən Avro-4 ekoloji standartlarının normalarına cavab verməyən avtonəqliyyat vasitələrinin (XİF MN-in 8703 və 8711 mal mövqelərinə aid edilən) müvəqqəti gətirilməsi zamanı sərhəd gömrük orqanları tərəfindən müvəqqəti gətirilmə prosedurunun gömrük rəsmiləşdirilməsi üçün təsdiqedici sənədlər tələb olunacaqdır.
Avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən müvəqqəti gətirilməyə dair təsdiqedici sənədlər təqdim edilmədikdə, məlumatların çatışmazlığı aşkar edildikdə və müvəqqəti gətirilmə proseduru ilə bağlı riskli hallar yarandıqda gömrük orqanları tərəfindən üçüncü şəxsin zaminliyi və ya müvəqqəti gətirilmə proseduru üçün maliyyə təminatı və ya Azərbaycan Respublikası Gömrük Məcəlləsi ilə müəyyən edilmiş digər təminat üsulları tələb olunacaqdır.
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət